Səfirin tərcümeyi - halı

Adış Sakit oğlu Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuşdur.

Evlidir, iki övladı var.

Təhsili

  • 1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olmuşdur.
  • 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
  • 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
  • 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2012-ci ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktoranturasına daxil olmuş, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır.

Beynəlxalq münasibətlərə dair 2 kitabın, ölkə və xarici mətbuat səhifələrində çap olunmuş bir sıra məqalələrin müəllifidir.

Əmək fəaliyyəti

  • 1995-1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır.
  • 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
  • 2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunmuşdur.
  • 2001-2002-ci illərdə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
  • 2002-2005-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsində çalışmışdır.
  • 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində Müşavir vəzifəsində çalışmışdır.
  • 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuşdur.

Kitabları:

  1. Diplomatik lüğət / Bakı: QAPP-POLIQRAF NPK, 2001
  2. Beynəlxalq münaqişələr / Beynəlxalq münaqişələr.- Bakı: Təhsil, 2002