Təcili Qayıdış Şəhadətnaməsi

Təcili Qayıdış Şəhadətnaməsi müddəti bitmiş və itirilmiş, yaxud da oğurlanmış pasportların əvəzində verilərək, ərizəçinin yeni pasport almaq üçün Azərbaycana qayıtması məqsədilə verilir.
Pasportun müddəti bitdiyi hallarda Təcili Qayıdış Şəhadətnaməsini almaq üçün ərizəçilər Səfirliyə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Səfirliyə ərizə-müraciət (izahedici məzmunlu)
- Müddəti bitmiş pasportun əsli və fotosurəti
- 2 ədəd pasport ölçülü fotoşəkil (2 ədəd 3x4 və ya 3.5x4.5 ölçüdə iki ədəd rəngli foto şəkil)

- Ərizə-Anket  (çap edilb tam və aydın doldurun)
- Konsulluq rüsumun ödənilməsi haqqında qəbz (400 SEK)

Pasportun itirildiyi və yaxud oğurlnadığı halda Təcili Qayıdış Şəhadətnaməsini almaq üçün əlavə olaraq Polisdən Arayiş və Azərbaycan Respublikasının Şəxsiyyət Vəsiqəsinin əsli  təqdim olunmalıdır:

Şəhadətnamə verildiyi gündən bir ay müddətində etibarlıdır. Bu sənəd yalnız Azərbaycan Respublikasına gedişə imkan verir. Yeni pasport alınması üçün Təcili Qayıdış Şəhadətnaməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinə təqdim olunmalıdır.

Yetkinlik yaşına çatmamış uşaqlar üçün Təcili Qayıdış Şəhadətnaməsi üçün müraciət olunduğu təqdirdə Səfirliyə aşağıdakı sənədlər təqdim olunmalıdır:


- Ərize-Anket
-Uşağın pasport ölçülü 2 ədəd fotoşəkli
- Doğum haqqında Şəhadətnamə(lər)in əsl(lər)i və fotosurət(lər)i
- Valideynlərin Nikah haqqında Şəhadətnaməsinin fotosurəti
- Valideynlərdən birinin Səfirliyə ərizə ilə müraciəti (sərbəst formada, izahedici məzmunlu)
- Konsulluq rüsumun ödənilməsi haqqında qəbz əlavə olunmalıdır  (400 SEK)

Qeyd: Yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən biri ilə birlikdə Təcili Qayıdış Şəhadətnaməsini almaq üçün müraciət olunarsa, o zaman uşaq valideyn üçün rəsmiləşdirilən Təcili Qayıdış Şəhadətnaməsində qeyd olunur və uşaq üçün rüsum ödənilmir.

Səfirliyin Bank hesabı:

SEB - Skandinaviska Enskilda Banken

Hesab N-si - 52 77 10 20 955

İBAN - SE9150000000052771020955

SWIFT - ESSESESS