2018-03-30
Hörmətli həmvətənlərimiz!

Diqqətinizə çatdırırıq ki, 11 aprel 2018-ci il tarixində, Azərbaycan Respublikası Prezidentinin seçkisi keçiriləcəkdir. Bu məqsədlə, Azərbaycan Respublikasının Stokholmdakı Səfirliyinin ofisində (Ünvan: Barnhusgatan 3, 4-cü mərtəbə, 111 23,  Stokholm) 16-Yasamal II seçki dairəsi üzrə 39 nömrəli məntəqə fəaliyyət göstərəcəkdir. İsveç, Norveç və Finlandiyada yaşayan həmvətənlərimiz saat 08:00-dan 19:00-dək seçki məntəqəsinə gələrək səs verə bilərlər.  

Səsvermə üçün gələcək hər bir Azərbaycan Respublikası vətəndaşından, AR şəxsiyyət vəsiqəsi deyil, AR pasportunu üzərində götürməsi xahiş olunur.

Səsvermədə aktiv iştirak etməyinizi xahiş edirik.

növbəti xəbər əvvəlki xəbər