Pasport

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli 686 nömrəli Fərmanına əsasən 1 sentyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportların rəsmiləşdirilməsinə başlanılmışdır.

Biometrik pasportda elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Elektron daşıyıcıya (çipə) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.

Yeni biometrik pasportun etibarlıq müddəti 1 yaşınadək uşaqlar üçün bir (1) illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç (3) illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş (5) illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on (10) illik müddətə verilir.

Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri, xarici ölkə ərazisində pasportunu itirmiş şəxslər və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları artıq yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün Səfirliyə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir. 

Tələb olunan sənədlər siyahısında qeyd olunan 40 (qırx) AZN dövlət rüsumu ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Qeyd edək ki, Səfirlik vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

Rəsmiləşdirilmiş yeni passport Səfirlik tərəfindən xüsusi/qeydiyyatlı poçt vasitəsilə (1 ədəd pasport nəzərdə tutulur) Norveç və ya Finlandiyada yaşayan sahibinə geri göndərilməsi üçün üstündə İsveç markaları yapışdırılmış və geri ünvanı yazılmış zərflə birlikdə Səfirliyə gətirildiyi halda göndərilə bilər.
Sənədlərin Səfirlik tərəfindən xüsusi/qeydiyyatlı poçt vasitəsilə göndərilməsindən sonra poçt idarəsinin müvafiq qəbzi bir ay müddətində Konsulluq Şöbəsində saxlanılır.

Azərbaycan Respublikasının İsveçdəki Səfirliyi poçt vasitəsi ilə göndərilən zaman itirilmiş və yaxud oğurlanmış pasportlar üçün heç bir məsuliyyət daşımır. Bununla yanaşı, sənədlərin itirildiyi təqdirdə itirilmiş sənədlərin axtarişina yardım göstərilməsi üçün Səfirlik poçt idarəsinin qəbzlərini və digər bu kimi sənədləri təqdim edə bilər.

Aşağıda göstərilən immiqrasiya statusuna malik olan Azərbaycan vətəndaşları Səfirlik vasitəsilə pasportlarının yenisi ilə əvəz olunması hüququna malik deyillər və onlar Təcili Səyahət Sənədi ilə Azərbaycana gedib, yeni pasportların alınması üçün Daxili İşlər Nazilriyinə şəxsən müraciət etməlidirlər.

1. Vaxtı keçmiş iş vizasi
2. Vaxtı keçmiş tələbə vizası
3. Qonaq vizasi
4. Turist vizası

İlk dəfə pasport alan vətəndaşlara yeni biometrik pasportun Səfirlik vasitəsilə rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər. 

  1. Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli (şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə, 15 yaşı tamam olmamış uşaqlar üçün, ilk öncə fərdi identifikasiya nömrəsi üçün müraciət olunmalıdır. Bunun üçün valideynlərdən biri tərəfindən Səfirliyə Ərizə (Nümunə) ilə müraciət olunmalı və uşağın doğum haqqında şəhadətnaməsi təqdim olunmalıdır. Fərdi identifikasiya sorğusuna cavab gəldikdən sonra, pasport alınması üçün aşağıdakı sənədlər toplanaraq Səfirliyə təqdim olunur)

    Qeyd: Fərdi identifikasiya nömrəsi təxminən 1-2 ay ərzində rəsmiləşdirilir və bu barədə müraciətçiyə Səfirlik tərəfindən məlumat verilir.
  2. Ərizə - Anket 18-yashı-tamam-olmuş.pdf və ya18-yashı-tamam-olmamış.pdf
  3. Doldurulmuş Xaricde-muevqqti-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi.doc və ya Xaricde-daimi-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi.doc qeydiyyat forması
  4. Vətəndaşın ərizəsi (Nümunə)
  5. Ölkədə daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd (miqrasiya və ya digər dövlət qurumundan)
  6. 2 ədəd foto şəkil ( 3x4 və ya 3.5x4.5 ölçüdə  rəngli foto şəkil, şəxsin adı və soyadı fotoşəkilin arxasında yazılmalıdır)
  7. 500 SEK məbləğində konsulluq rüsumun ödənilməsi haqqında qəbz (Bank Hesabı:  SEB Bank- 5277 10 20 955).

18 yaşı tamam olmamış vətəndaşa pasport verildikdə yuxarıda sadalanan sənədlərdən əlavə aşağıda qeyd olunan sənədlər də Səfirliyə təqdim edilməlidir: 

 - Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi təqdim edildikdə bu sənəd tələb olunmur)
 - Valideynlərin təsdiq edilmiş razılığı(Nümunə 1) (Nümunə 2)
 - Valideynlərdən birinin şəxsiyyət vəsiqəsinin əsli və ya surəti
 - Valideynlərin nikah haqqında şəhadətnaməsinin əsli və ya surəti

- Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd. 

40 (qırx) AZN dövlət rüsumu Bakıda ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə çatdırılır.

Qeyd: 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər yuxarıda qeyd olunanan sənədlərdən əlavə olaraq Hərbi Bilet də təqdim etməlidirlər (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır)

Qeyd: 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur.

İtmiş və ya oğurlanmış pasportun Səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlər:

1.Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli
2.Pasportun itdiyi ərazi üzrə polis idarəsindən arayış
3.Pasportun surəti (olduğu təqdirdə)
4.Ərizə-Anket

5.Doldurulmuş Xaricde-muevqqti-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi.doc və ya Xaricde-daimi-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi.docqeydiyyat forması
6. Vətəndaşın ərizəsi (Nümunə)

7.2 ədəd foto şəkil ( 3x4 və ya 3.5x4.5 ölçüdə  rəngli foto şəkil, şəxsin adı və soyadı fotoşəkilin arxasında yazılmalıdır)

8.Ölkədə daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd (miqrasiya və ya digər dövlət qurumundan)
9.500 SEK məbləğində konsulluq rüsumun ödənilməsi haqqında qəbz (Bank Hesabı:  SEB Bank- 5277 10 20 955)

40 (qırx) AZN dövlət rüsumu Bakıda ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə çatdırılır.

Qeyd: Pasportunu itirmiş şəxs eyni zamanda cərimə ödəməlidir: 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə 30 AZN miqdarında cərimə edilirlər. Cərimə Bakıda Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində ödənilir.

Etibarlıq müddəti bitmiş, səhifələri dolmuş pasportun Səfirlik vasitəsilə yenilənməsi üçün tələb olunan sənədlər:

1.Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli
2.Etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasportun əsli
3.Ərizə-Anket

4.Doldurulmuş Xaricde-muevqqti-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi.doc və ya Xaricde-daimi-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi.docqeydiyyat forması

5. Vətəndaşın ərizəsi (Nümunə)

6.2 ədəd foto şəkil ( 3x4 və ya 3.5x4.5 ölçüdə  rəngli foto şəkil, şəxsin adı və soyadı fotoşəkilin arxasında yazılmalıdır)
7.Ölkədə daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd (miqrasiya və ya digər dövlət qurumundan)
8.500 SEK məbləğində konsulluq rüsumun ödənilməsi haqqında qəbz (Bank Hesabı:  SEB Bank- 5277 10 20 955)

Qeyd: 18 yaşı tamam olmamış vətəndaş pasport üçün yenidən müraciət edildikdə yuxarıda sadalanan sənədlərdən əlavə aşağıda qeyd olunan sənədlər də Səfirliyə təqdim edilməlidir: 

-   Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli  (şəxsiyyət vəsiqəsi yoxdursa doğum haqqında şəhadnamənin əsli və ya surəti)

-  Valideynlərin təsdiq edilmiş razılığı (Nümunə 1) (Nümunə 2)

-  Valideynlərdən birinin şəxsiyyət vəsiqəsinin əsli və ya surəti 

-  Valideynlərin nikah haqqında şəhadətnaməsinin əsli və ya surəti

40 (qırx) AZN dövlət rüsumu Bakıda ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə çatdırılır.

Qeyd: Akkreditasiya ölkələri- İsveç, Norveç və Finlandiya.

 
bakushop_1