Vətəndaşlıqdan çıxma

"Azərbaycan Respublikasının vətəndaşlıq məsələlərinə baxılması və onların həlli qaydaları haqqında" Əsasnaməsinə uyğun olaraq, aşağıdakıları bildiririk:

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq istəyən şəxs, Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ərizə-anketlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edir. Xaricdə yaşayan vətəndaşların ərizə-anketləri Azərbaycan Respublikasının xarici ölkədə akkreditə edilmiş diplomatik nümayəndəlikləri və konsulluq idarələri tərəfindən qəbul edir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və ya fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, onun vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş  və icra edilməli olan məhkəmə hökmü varsa  və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması  Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi  mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər onun vətəndaşlıqdan çıxmasına yol verilmir.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq istəyən şəxs ərizə-anketini (erize-anket.pdf ) 4 nüsxədə doldurur və aşağıdakı sənədləri də hər nüsxəyə əlavə edir:

1. 4 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə)
2. Yaşayış yerindən ailə tərkibi haqqında arayış (''personbeviz", Azərbaycan, rus ya da ingilis dilinə tərcümə olunmalı və müvafiq olaraq İsveç, Norveç və ya Finlandiya  notariusunda "Apostil" ilə təsdiq edilməlidir)
3. Pasport və şəxsiyyət vəsiqələrinin surətləri (hər biri 4 nüsxədə)
4. Tərcümeyi-hal  (çap olunmalıdır) - 2 ədəd

5. Azərbaycan Respublikasının Prezidentinin adına Ərizə (səbəbini göstərmək şərti ilə çap olunmalıdır) - 2 ədə

6. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (3500 İsveç kronu)
7. 18 yaşınadək uşaqları olduqda, onlar Ərizə-anketin 14-cü bəndində qeyd edilməklə yanaşı, 14-18 yaşınadək olan uşaqlarının (notariusda və ya konsulluqda təsdiq edilmiş) yazılı razılığı və digər valideynin razılığı (və ya tək valideynliyi təqdiq edən sənəd) və uşaq(lar)ın 4 ədəd rəngli fotoşəkili (3x4 sm ölçüdə)
8. Şəxsin vətəndaşsızlığını təsdiq edən və digər dövlətin vətəndaşlığının alınması təminatı haqqında sənəd (əsli və 3 nüsxədə fotosurəti, azərbaycan, rus ya da ingilis dilinə tərcümə olunmalıdır və müvafiq olaraq İsveç, Norveç və ya Finlandiya  notariusunda "Apostil" ilə təsdiqlənməlidir)

Kişi cinsindən olan müraciətçilər yuxarıda qeyd olunanan sənədlərdən əlavə olaraq Hərbi Bilet də təqdim etməlidirlər (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır)