Subaylıq haqqında arayışın verilməsi

Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;(əlavə olunur)
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti (Pasport və ya şəxsiyyət vəsiqəsi)

Qeyd: Subaylıq haqqında ərizəyə cavab gəldikdən sonra vətəndaş  subaylıq haqqında arayışı almaq üçün (azərbaycan və ya ingilis dilində) Səfirliyin hesab nömrəsinə 300 SEK  ödəniş etməli və ödəniş qəbzini Səfirliyə təqdim etməlidir. (ödəniş Səfirlik tərəfindən telefon vasitəsi ilə vətəndaşa məlumat verildikdən sonra edilməlidir)

 
bakushop_1