Doğumun qeydə alinması
Doğumun qeydə alinması

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında doğumun dövlət qeydiyyatı aparılır.

Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Doğulmuş uşağın valideynləri Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edir.

Uşağa soyad verilməsi:

Uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağa valideynlərin adı ilə soyad verilməsinə icazə verilmir. Soyadlarının dövlət dilinə uyğunlaşdırılması məqsədilə valideynlərin arzusu ilə «-ov», «-yev» sonluqlu soyadlar sözün kökündən asılı olaraq «-lı», «-li», «-lu», «-lü», «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər:

1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasport)

2. valideynlərin hər ikisinin  doğum haqqında şəhadətnaməsi;

3. valideynlərin nikah haqqında şəhadətnaməsi;

4. ananın Səfirliyə ünvanlanmış yazılı ərizəsi (Ərizə nümunəsi əlavə olunur)

5. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (ingilis dilində);

6. uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;

7. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;

8. uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;

Qeyd: Doğum haqqında şəhadətnamə üçün uşaq doğulduğu tarixdən etibarən 1 ay müddət ərzində müraciət edilməlidir. Əgər gec müraciət olunarsa, ananın izahat ərizəsi və uşağın tibb müəssisəsində qeydiyyatı ilə (tibbi arayış) bağlı sənəd təqdim olunmalıdır.

Dövlət rüsumu:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, doğumun qeydə alınması və doğum haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.

 
bakushop_1