2019-05-29
28 May 2019-cu il tarixində Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi tərəfindən Respublika günü və Azərbaycan diplomatik xidmətinin 100 illik yubileyinə həsr olunmuş ziyafət təşkil edilmişdir.

 

28 May 2019-cu il tarixində Stokholm şəhərinin mərkəzində yerləşən “Sheraton” mehmanxanasının banket zalında Səfirlik tərəfindən 28 May - Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin 100 illiyi münasibəti ilə rəsmi ziyafət keçirilmişdir. Tədbirdə İsveç Xarici İşlər Nazirliyi və Stokholmda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Millət Vəkilləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, İsveçdə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri, Səfirlik ilə sıx əlaqədə olan isveçlilər, tarixşünaslar, tədqiqatçılar, iş adamları, ziyalılar və diaspora fəalları iştirak etmişdilər.

Rəsmi ziyafət iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Ziyafətin rəsmi hissəsini müvəqqəti işlər vəkili G. Rüstəmzadə açaraq Azərbaycan Diplomatiyasının tarixi, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın xarici siyasətindəki rolu və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verən G. Rüstəmzadə Azərbaycan xalqının sülhsevər xalq olduğunu, bütün dünya ölkələri ilə dost və mehriban əlaqələrin inkişafının Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətini təşkil etdiyini bildirdi.

Tədbirdə Bakıdan Səfirlik tərəfindən dəvət olunmuş gənc muğam ifaçıları  Hüseyn Məlikov, Valeh Allahverdiyev və Xəyyam Məmmədov Azərbaycan xalq mahnısı və təsniflərini ifa etmişlər.

növbəti xəbər əvvəlki xəbər