2020-03-17
İSVEÇ KRALLIĞI, NORVEÇ KRALLIĞI VƏ FİNLANDIYA RESPUBLİKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ

Əziz həmvətənlərimiz,

COVİD-19 yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı aşağıdakıları Səfirlik Azərbaycan Respublikası vətəndaşlarına tövsiyə edir:

  • COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikası Hökuməti tərəfindən yayılan rəsmi məlumatlar və tövsiyələrə ciddi şəkildə əməl edilməsi – aşağıdakı internet səhifələrində yerləşdirilmiş məlumatlarla tanış olunması,

NORVEÇ KRALLIĞI

 https://www.fhi.no/en/op/novel-coronavirus-facts-advice/facts-and-general-advice/facts-about-novel-coronavirus/

İSVEÇ KRALLIĞI

https://www.krisinformation.se/en/hazards-and-risks/disasters-and-incidents/2020/official-information-on-the-new-coronavirus

FİNLANDIYA RESPUBLİKASI

https://thl.fi/en/web/infectious-diseases/what-s-new/coronavirus-covid-19-latest-updates

  • Vətəndaşlarımız arasında yoluxma riskinin mümkün qədərə azaldılması məqsədilə şəxsi gigiyena və təmizlik qaydalarına ciddi əməl edilməsi - əllərin sabunla tez-tez yuyulması, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edilməsi, insanların çox toplaşdıqları qapalı və açıq məkanlara gedilməməsi, dezinfeksiya tərkibli məhlullardan tez-tez istifadə edilməsi,
  • COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı vətəndaşlarımız Səfirliyin konsulluq şöbəsinə iş saatları ərzində +46 8 661 58 50 və yaxud 24 saat ərzində +46 76 201 69 57 qaynar xətt vasitəsilə müraciət edilə bilər,
  • Yaranmış epidemioloji vəziyyətlə əlaqədar Səfirliyin Konsulluq şöbəsi məhdud rejimdə fəaliyyət göstərəcəkdir. Təcili konsulluq məsələləri ilə bağlı stockholm@mission.mfa.gov.az elektron poçt ünvanına müraciət edilə bilər. Edilən müraciətdə vətəndaşımızın adı, soyadı və əlaqə vasitələri mütləq qeyd edilməlidir.
əvvəlki xəbər