2020-03-17
İSVEÇ KRALLIĞI, NORVEÇ KRALLIĞI VƏ FİNLANDIYA RESPUBLİKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ
Əziz həmvətənlərimiz,
COVİD-19 yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı aşağıdakıları Səfirlik Azərbaycan Respublikası vətəndaşlarına tövsiyə edir:
- COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikası Hökuməti tərəfindən yayılan rəsmi məlumatlar və tövsiyələrə ciddi şəkildə əməl edilməsi – aşağıdakı internet səhifələrində yerləşdirilmiş məlumatlarla tanış olunması,
NORVEÇ KRALLIĞI
İSVEÇ KRALLIĞI
FİNLANDIYA RESPUBLİKASI
https://thl.fi/en/web/infectious-diseases/what-s-new/coronavirus-covid-19-latest-updates
- Vətəndaşlarımız arasında yoluxma riskinin mümkün qədərə azaldılması məqsədilə şəxsi gigiyena və təmizlik qaydalarına ciddi əməl edilməsi - əllərin sabunla tez-tez yuyulması, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edilməsi, insanların çox toplaşdıqları qapalı və açıq məkanlara gedilməməsi, dezinfeksiya tərkibli məhlullardan tez-tez istifadə edilməsi,
- COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı vətəndaşlarımız Səfirliyin konsulluq şöbəsinə iş saatları ərzində +46 8 661 58 50 və yaxud 24 saat ərzində +46 76 201 69 57 qaynar xətt vasitəsilə müraciət edilə bilər,
- Yaranmış epidemioloji vəziyyətlə əlaqədar Səfirliyin Konsulluq şöbəsi məhdud rejimdə fəaliyyət göstərəcəkdir. Təcili konsulluq məsələləri ilə bağlı stockholm@mission.mfa.gov.az elektron poçt ünvanına müraciət edilə bilər. Edilən müraciətdə vətəndaşımızın adı, soyadı və əlaqə vasitələri mütləq qeyd edilməlidir.