2020-07-07
İsveç, Norveç və Finlandiyada yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının nəzərinə!
06 iyul 2020-ci il tarixdən etibarən Səfirlikdə konsulluq əməliyyatlarının həyata keçirilməsi üzrə xüsusi qaydalar əsasında konsulluq qəbulu bərpa olunur.
Vətəndaşlarımızdan ilk növbədə, +46 76 201 69 57 qaynar xətt və ya azerembassy@gmail.com email vasitəsilə Səfirlik ilə əlaqə yaradılmalı və öncədən qəbulun vaxtı təyin edilməlidir.
Müraciətçilər Səfirliyə yalnız qoruyucu maska və əlcəkdən istifadə etməklə daxil ola billərlər.