2020-12-21
❗️ İsveç, Norveç və Finlandiyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və İsveçdə bu məqsədlə yeni qadağaların tətbiq edilməsi ilə əlaqədar Səfirlikdə konsulluq əməliyyatları növbəti bildirişədək təxirə salınır.
Vətəndaş qəbulu dayandırılır.
❌ Səfirliyin "vaxt təyin et" bölməsində 6 yanvardan sonra təyin edilən qəbullar təxirə salınır.
Vətəndaşlarımızdan yeni vaxt götürməmələri xahiş olunur.
Səfirliyin fəaliyyətə başlayacağı ilə bağlı əlavə məlumat veriləcək.