Doğumun qeydə alinması

Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşından doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.

Doğulmuş uşağın valideynləri Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edir.

Zəruri olan sənədlərin siyahısı

  1. Səfirliyə ünvanlanmış yazılı ərizəsi (Ərizə nümunəsi əlavə olunur)

  2. Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və ya pasport)

  3. İsveç, Norveç və Finlandiyada doğumu qeydə alan dövlət orqanı tərəfindən verilən doğum şəhadətnaməsi və ya çıxarış. Bu şəhadətnamə leqallaşdırılmalı (apostil vurulmalı) və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənməlidir.

Dövlət rüsumunun məbləği

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.