Subaylıq haqqında arayışın verilməsi

Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Ailə vəziyyətinə dair arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ərizəsi;(əlavə olunur)
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti (Pasport və ya şəxsiyyət vəsiqəsi)

Qeyd: Ailə vəziyyətinə  haqqında ərizəyə cavab gəldikdən sonra vətəndaş  Ailə vəziyyətinə  haqqında arayışı almaq üçün (azərbaycan və ya ingilis dilində) Səfirliyin (SEB Bank- 5277 10 20 955) bank hesabı nömrəsinə 150 SEK  ödəniş etməli və ödəniş qəbzini Səfirliyə təqdim etməlidir. (ödəniş Səfirlik tərəfindən telefon vasitəsi ilə vətəndaşa məlumat verildikdən sonra edilməlidir)