2020-03-13
Konsulluq məsələləri ilə bağlı məhdudiyyətlərə dair Səfirliyin MƏLUMATI

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya mərhələsinə keçdiyi elan olunmuş koronavirusla bağlı (Covid-19) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş təlimata əsasən, yoluxma hallarının qarşısının alınması məqsədilə 16 mart 2020-ci il tarixindən etibarən təcili olmayan KONSULLUQ ƏMƏLİYYATLARI TƏXİRƏ SALINIR.

Bütün hallarda vətəndaşların qəbulu ilə bağlı öncədən Səfirliklə əlaqə  saxlanılmalı, məsələnin təcililiyi müəyyən edilməli və görüş vaxtı təyin edildikdən sonra Səfirliyə gələ bilərlər.

Səfirlik İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikasında daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək, Covid-19 virusuna yoluxma halları baş verdiyi təqdirdə Səfirliyə məlumat vermələri xahiş olunur.

 

Əlaqə vasitələri:

Telefon: +46 8 661 58 50 (daxili nömrə 3)

Email:  stockholm@mission.mfa.gov.az

Ünvan: Barnhusgatan 3, 111 23 Stockholm

 

növbəti xəbər əvvəlki xəbər