Razılıq Ərizəsi və ya Etibarnamə verən şəxs özü şəxsən şəxsiyyətini təsdiq edən sənədlə (təqdim etdiyi pasportunun və ya şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitməmiş olmalıdır) və ödəmə qəbz ilə birlikdə Səfirliyə müraciət etməlidir.
- Etibarnamə ( Etibarnamənin notariat qaydada təsdiqi üçün dövlət rüsumu - 20 ABŞ dolları)
- Yetkinlik yaşına çatmamış şəxslərin ölkəni tərk etməsi üçün razılıq ərizəsi (İmzanın notariat qaydada təsdiqi üçün dövlət rüsumu - 20 ABŞ dolları)
- Yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair razılıq ərizəsi (İmzanın notariat qaydada təsdiqi üçün dövlət rüsumu - 20 ABŞ dolları)
- Daşınmaz əmlaka sərəncam verilməsinə dair razılıq ərizəsi (İmzanın notariat qaydada təsdiqi üçün dövlət rüsumu - 20 ABŞ dolları)
Qeyd: Yuxarıda göstərilən bəzi və digər notariat hərəkətlərinin elektron rəsmiləşdirilməsi üçün "Mobil Notariat" mobil tətbiqindən də yararlana bilərsiz.
Qeyd: Razılıq ərizəsi və ya etibarnamə Səfirliyə hansı gün təqdim ediləcəksə həmin günün tarixi razılıq ərizəsinin və ya etibarnamənin yuxarı hissəsində yazılmalıdır.
Səfirliyin Bank hesabı:
SEB - Skandinaviska Enskilda Banken
Hesab N-si - 52 77 10 20 955
İBAN - SE9150000000052771020955
SWIFT - ESSESESS
Qeyd: Rüsumlar yerli valyutada (SEK) ödənildiyi üçün SEB bankda günün məzənnəsi ilə hesablanacaqdır.