Azərbaycanın NB8 ölkələri ilə siyasi dialoqunun inkişafı davam edir
Azərbaycanın NB8 ölkələri ilə siyasi dialoqunun inkişafı davam edir
2026-cı il martın 18-19-da NB8 ölkələrinin Xarici İşlər Nazirliklərinin ikitərəfli direktorlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
Səfər zamanı AR Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyində, eləcə də beyin mərkəzlərində görüşlər keçirilmiş, Azərbaycan və bu ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi yolları, Azərbaycan - Aİ münasibətləri, habelə Azərbaycan -Ermənistan normallaşma prosesi və regional gedişatlar müzakirə edilmişdir.
Bu, NB8 platformasının Azərbaycana ikinci səfəridir və Azərbaycan - NB8 siyasi dialoqunun inkişafına xidmət edir.
https://x.com/HikmetHajiyev/status/2034613511150842337