Bakıda Azərbaycan Respublikası və İsveç Krallığı arasında siyasi məsləhətləşmələr keçirilib
2026-cı il yanvarın 28-də Bakıda Azərbaycan Respublikası və İsveç Krallığı arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu məqsədlə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru səfir Tobias Tiberqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Səfər zamanı İsveç nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini Fariz Rzayev və Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Məmməd Talıbov ilə görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycan və İsveç arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin hazırki durumu və inkişaf perspektivləri, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatı, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.
İki ölkə arasında siyasi məsləhətləşmələrin gələcəkdə müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.