Elektron Növbə Portalı elanı
Göstərilən xidmət səviyyəsinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən Elektron Növbə Portalı istifadəyə verilmişdir. Portal vasitəsilə müraciətlər üzrə öncədən onlayn qaydada qəbul vaxtının təyin edilməsi imkanı yaranmışdır. Müraciətçilər 2025-ci il 1 sentyabr tarixindən başlayaraq appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi tərəfindən göstərilən xidmətlər üzrə elektron növbə götürə bilərlər. Elektron Növbə Portalının istifadəsi ilə bağlı hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır. Əlavə məlumat almaq məqsədilə qeyd olunan linkə daxil ola bilərsiniz.
Təyin edilmiş görüş zamanı yalnız bir ərizəçinin müraciəti qəbul olunacaq. Əgər bir neçə nəfər üçün müraciət olunursa (məsələn, ailə/qrup halında), hər bir ərizəçi üçün ayrıca görüş təyin edilməlidir.