Mətbuat şərhi 15 may 2025

Helsinkidə Müstəqillik Gününə həsr olunmuş caz konserti keçirilib

https://azertag.az/xeber/helsinkide_musteqillik_gunune_hesr_olunmus_caz_konserti_kechirilib-3551259

 

Azərbaycan Respublikasının İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfirliyi tərəfindən Helsinki şəhərində Müstəqillik Günü münasibətilə konsert və diplomatik ziyafət keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Finlandiya ictimaiyyətinin nümayəndələri, orada yaşayan həmvətənlərimiz və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən səfir Zaur Əhmədov və Finlandiya XİN-də baş direktor Olli Kantanen iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan dinamikadan, ötən il dövlət başçıları, xarici işlər nazirləri arasında keçirilmiş görüşlərdən bəhs ediblər. Bundan başqa, Finlandiya Prezidentinin COP29-da iştirak etmək məqsədilə Bakıya səfəri, ölkə parlamentində Azərbaycan üzrə dostluq qrupunun təsis edilməsi kimi məqamlar xüsusi qeyd edilib, ikitərəfli əlaqələrin inkişafı üçün mövcud imkanlardan danışılıb.

Daha sonra baş tutan konsertdə istedadlı pianoçu Etibar Əsədlinin rəhbərliyi altında caz triosunun çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti