Doğumun qeydə alinması
Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşından doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir.
Doğulmuş uşağın valideynləri Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına müraciət edir.
Doğum qeydə alınmazdan əvvəl uşağın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyələşdirilməlidir.
- Uşağın fotoşəkili 3x4 1 ədəd
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və ya pasport)
- Ərizə-anket.
- İsveç, Norveç və Finlyandiyada doğumu qeydə alan dövlət orqanı tərəfindən verilən doğum şəhadətnaməsi və ya çıxarış. Bu şəhadətnaməyə apostil vurulmalı və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənməlidir.
- Nikah haqqında şəhadətnamə və ya atalığın müəyyən edilməsi haqqında şəhadətnamə (xarici ölkədə qeydə alınmış belə şəhadətnaməyə apostil vurulmalı və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənməlidir).
Qeyd: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirildikdən sonra Doğumun qeydiyyatı aşağıdakı qaydada aparılır.
Zəruri olan sənədlərin siyahısı
- Səfirliyə ünvanlanmış yazılı ərizəsi (Ərizə nümunəsi əlavə olunur).
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və ya pasport)
- İsveç, Norveç və Finlandiyada doğumu qeydə alan dövlət orqanı tərəfindən verilən doğum şəhadətnaməsi və ya çıxarış. Bu şəhadətnaməyə apostil vurulmalı və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənməlidir.
-
Nikah haqqında şəhadətnamə və ya atalığın müəyyən edilməsi haqqında şəhadətnamə(xarici ölkədə qeydə alınmış belə şəhadətnaməyə apostil vurulmalı və Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənməlidir.)Qeyd: Bu sənədlər təqdim edilmədikdə doğumun qeydiyyatı Səfirliyin akkreditə olunduğu ölkələr (İsveç, Norveç və Finlandiya) tərəfindən rəsmiləşdirilmiş doğum haqqında çıxarışa uyğun olaraq aparılır.
Dövlət rüsumunun məbləği
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.