Ni̇kahın qeydə alinması
Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunmuşdur.
Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi konsulluq tərəfindən təsdiq edilməlidir.
Nikahın qeydə alınması üçün tələb olunan sənədlər
Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:
1. nikaha daxil olan şəxslərin yazılı razılığı;
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
4. subaylıq haqqında arayış;
5. Yaşadığınız ərazi üzrə xəstəxanadan sağlamlıq haqqında tibbi arayış (yolxucu xəstəliklərin HİV infeksiyası, Hepatitlər və.s olub-olmaması barəsində)
6.dövlət rüsumunun ödənilməsi barədə qəbz
7. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər);
Müraciətə baxılma müddəti:
Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.
Nikahın bağlanması üçün müraciət edən şəxslər neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyadı göstərilməli və ərizə blankında göstərilmiş suallara cavab verilməlidir.
Nikahın qeydə alınmasından imtina edilməsi:
Konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina edə bilər.
Aşağıdakı şəxslər arasında nikahın bağlanması yol verilmir:
1) yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) ;
2) yaxın övladlığa götürənlər və övladlığa götürülənlər;
3) nikahın bağlanması üçün müraciət edən şəxslərdən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
4) nikahın bağlanması üçün müraciət edən şəxslərdən ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Dövlət rüsumu:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması üçün 150 SEK məbləğində dövlət rüsumu tutulur.