Subaylıq haqqında arayışın verilməsi
Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsinə dair
Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir.
Ailə vəziyyətinə dair arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- Vətəndaşın ərizəsi;(əlavə olunur)
- Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti (Pasport və ya şəxsiyyət vəsiqəsi)
Qeyd: Ailə vəziyyətinə haqqında ərizəyə cavab gəldikdən sonra vətəndaş Ailə vəziyyətinə haqqında arayışı almaq üçün (azərbaycan və ya ingilis dilində) Səfirliyin (SEB Bank- 5277 10 20 955) bank hesabı nömrəsinə 130 SEK ödəniş etməli və ödəniş qəbzini Səfirliyə təqdim etməlidir. (ödəniş Səfirlik tərəfindən telefon vasitəsi ilə vətəndaşa məlumat verildikdən sonra edilməlidir)