Pasportun etibarlılıq müddəti bitdikdə, səhifələri dolduqda və ya korlandıqda

Tələb olunan sənədlər

Qeyd: 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq arayış təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir. 

  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (yüklə);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

Dövlət rüsumu

  • 290 SEK konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

Səfirliyin Bank hesabı:

SEB - Skandinaviska Enskilda Banken

Hesab N-si - 52 77 10 20 955

İBAN - SE9150000000052771020955

SWIFT - ESSESESS

 

Qeyd: Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Bakı şəhəri, Rəşid Behbudiv küç. 130) aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalındakı (gpp.az) bölməsi vasitəsilə (şəxsiyyət vəsiqəsinin FİN kodu ilə) də ödənilməsi mümkündür.

 

bir yaşınadək uşaqlar üçün - 15 manat;

bir yaşından üç yaşınadək vətəndaşlar üçün - 25 manat

üç yaşından on səkkiz yaşınadək vətəndaşlar üçün - 35 manat

on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 manat

 

Arxiv üzrə axtarış