Pasport itdikdə
Tələb olunan sənədlər
- Ərizə (yüklə)
- Ərizə-anket (yüklə 18 yaşı tamam olmuş vətəndaş) (18 yaşı tamam olmamış vətəndaş);
- Pasportun itirildiyi ölkənin polis orqanı tərəfindən pasportun itirilməsi faktını təsdiq edən arayışın əsli;
- Ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi əsli;
- son 6 ay ərzində çəkilmiş 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
- 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet və ya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini təsdiq edən sənəd;
Qeyd: 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq arayış təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə ümumvətəndaş pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir.
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (yüklə);
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
İştirak etməli olan şəxslər
- 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
- 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.
Dövlət rüsumu
- 290 SEK konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
Səfirliyin Bank hesabı:
SEB - Skandinaviska Enskilda Banken
Hesab N-si - 52 77 10 20 955
İBAN - SE9150000000052771020955
SWIFT - ESSESESS
Qeyd: Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Bakı şəhəri, Rəşid Behbudiv küç. 130) aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalındakı (gpp.az) bölməsi vasitəsilə (şəxsiyyət vəsiqəsinin FİN kodu ilə) də ödənilməsi mümkündür.
bir yaşınadək uşaqlar üçün - 15 manat;
bir yaşından üç yaşınadək vətəndaşlar üçün - 25 manat
üç yaşından on səkkiz yaşınadək vətəndaşlar üçün - 35 manat
on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 manat