Xaricdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların qeydiyyatı
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki konsulluğunda qeydiyyatdan keçməlidirlər.
Tələb olunan sənədlər:
- Doldurulmuş uçot vərəqəsi (daimi yaşayanlar üçün buradan yüklənilə bilər,) (müvəqqəti yaşanlar üçün buradan yüklənilə bilər);
- Uçota alınan vətəndaşın rəngli fotoşəkili (3 x 4 ölçülü);
- Vətəndaşın pasportunun surəti;
- Ölkədə işləməsi barədə rəsmi sənəd.
İştirak etməli olan şəxslər
Sənədlər tam və düzgün tərtib edildikdən sonra sonra şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin Konsulluq bölməsinə təqdim olunmalıdır.
Səfirliyin ünvanı: Barnhusgatan 3, 4-cü mərtəbə, 111 23, Stokholm, İsveç
Tel: +46 8 661 58 50 (3 düyməsini seçin)
Fax: +46 8 411 24 58
Email: azerembassy@gmail.com
Dövlət rüsumu
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.