Məhkumluq barədə arayışın verilməsi
Azərbaycan Respublikası ərazisində məhkumluğunun olması (olmaması) barədə arayışın verilməsi.
Azərbaycan Respublikası ərazisində olduğu dövr ərzində cinayət məsuliyyətinə cəlb olunub olunmamasının yoxlanılması məqsədilə vətəndaş şəxsən və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən Səfirliyə müraciət edib tələb olunan arayışı alabilər.
Tələb olunan sənədlər:
1) Vətəndaşın ərizəsi (Ərizə)
2) Şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya pasport)
3) 150 SEK məbləğində konsulluq rüsumun ödənilməsi haqqında qəbz
Qeyd: Məhkumluq haqqında ərizəyə cavab gəldikdən sonra vətəndaş arayışı almaq üçün Səfirliyin hesab nömrəsinə 150 SEK ( Bank Hesabı: SEB Bank- 5277 10 20 955) ödəniş etməli və ödəniş qəbzini Səfirliyə təqdim etməlidir. (ödəniş Səfirlik tərəfindən telefon vasitəsi ilə vətəndaşa məlumat verildikdən sonra edilməlidir)