İlkin pasportun qeydiyyatı

Tələb olunan sənədlər

  • Ərizə-anket (yüklə 18 yaşı tamam olmuş vətəndaş) (18 yaşı tamam olmamış vətəndaş);
  • Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
  • Norveç, İsveç və ya Finlandiya tərəfindən rəsmiləşdirilmiş doğum haqqında çıxarış (apostil) və notarial təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi ilə birgə və ya Azərbaycan Respublikası tərəfindən rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamə;
  • 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
  • Qan qrupu haqqında tibbi arayış (0-15 yaş uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadıqda təqdim olunur);
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet və ya müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini təsdiq edən sənəd;

Qeyd: 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq arayış təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə ümumvətəndaş    pasportları rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək                rəsmiləşdirilmir.

  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (yüklə);
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər.
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər.
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideynləri/himayəçiləri.
  • Valideynlər/himayəçilərdən biri iştirak edə bilmədikdə onun notarial təsdiq edilmiş razılıq ərizəsi  

Dövlət rüsumu

  • 290 SEK konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

Səfirliyin Bank hesabı:

SEB - Skandinaviska Enskilda Banken

Hesab N-si - 52 77 10 20 955

IBAN - SE9150000000052771020955

SWIFT - ESSESESS

Qeyd: Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Bakı şəhəri, Rəşid Behbudiv küç. 130) aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalındakı (https://gpp.az) bölməsi vasitəsilə (qeyd edilən portalda ödənişi şəxsiyyət vəsiqəsinin FİN kodu ilə) də ödənilməsi mümkündür.

 

 

 

Arxiv üzrə axtarış