2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları

2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan
Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il
aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One
Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının
müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən
akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
Ns Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq
edən akkreditasiya kartı;
3. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet
və ya biletin əldə olunmasını təsdiq edən sənəd;

Arxiv üzrə axtarış